10 Dekabr 2018
Dünya futbolu

“Əfqan Messi”ni Taliban axtarır

İki il öncə salafandan hazırlanmış Messi forması ilə dünyanın gündəminə  gələn əfqanıstanlı uşaq Murtaza Ahmedin başı dərddədir. Belə ki, Talibanın axtarışında olan uşaq yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb.

Anasının dediyinə görə, Taliban ətrafdakı bütün uşaqları öz himayəsinə götürüb onları özlərinin tərbiyə edəcəklərini bildirib. Axtarışda olan uşaqların içərisində 2016-cı ildə Messi ilə görüşən Murtaza Ahmedin də adı var. Anası bu vəziyyətdən qorxduqları üçün yaşadıqları evi tərk etdiklərini bildirib. O, Messinin Murtazaya verdiyi hədiyyələri də həmin evdə buraxdıqlarını qeyd edib.

Messi 2016-cı ildə Murtaza ilə görüşərək ona top və imzalı formasını vermişdi.

Oxşar xəbərlər

“Qarabağ” “Arsenal”a məğlub oldu (VİDEO)

admin

Boatenq “Yunayted”in təklifini geri çevirdi

admin

Hansı oyun, hansı kanalda? – TV AFİŞA

admin