28 Fevral 2024
Ölkə futbolu

Əfran İsmayılov: “Eddini tanımıram, onu da görəcəyik”

“Baxmayaraq ki, yoldaşlıq oyunu idi, amma istəyirdik ki, qələbə qazanaq və bu belə də oldu. Həm də yükləmələrdən sonra çətinlik çəkdik. Amma şükürlər olsun ki, hər şey bizim üçün yaxşı oldu”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “İnegölspor”la yoxlama matçında qalib gələn (4:1) “İnter”in yeni transferi Əfran İsmayılov deyib.

Yarımmüdafiəçi milli komandamızda oynamağa razılıq verən “Qranada”nın üzvü Eddi İsrafilov haqda da danışıb:

“Eddini tanımıram. Onun yaxşı futbolçu olub-olmadığını oyunlarda görəcəyik. Əsas milliyə xeyir versin, kim olur olsun. İndidən konkret nə isə dmeək olmaz. Zaman göstərəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43