Müsahibə

Əfran İsmayılov “Qəbələ”nin son turlardakı çıxışı…” (MÜSAHİBƏ)

“İnter”in futbolçusu Əfran İsmayılovun İdmanxeber.com-a müshaibəsi.

– Kubokda finala adlaya bilməyədiniz. Çoxları sizin bununlada “sındığınızı” düşündü. Ancaq AZAL-la matçda 3 xal qazana bildiniz. Matçla bağlı nə deyərdin?

Gərgin oyun oldu. Özümüzü toparlamaq baxımından bu matçda qalib gəlməli idik. Həm “Qəbələ”nin son turlarda irəliləyişdə olması, bizə çatmaq ehtimalının yaranması və “Qarabağ”la xal fərqini azaltmaq üçün AZAL-ı məğlub etməliydik. İkinci yeri itirməmək üçün 3 xalı qazanmağımız vacib idi. Şükürlər olsun ki, bunu bacardıq və qələbə qazandıq.

– İlk hissədə hesab açılmamışdı. İkinci hissə başlayanda artıq əsas rəqibləriniz – “Qarabağ” və “Neftçi” matçında ilk yarı oynanılırdı. O matçda gələn qol xəbəri sizi “ayıltdı”, yoxsa …?

Yox, AZAL sadəcə yaxşı müdafiə olunurdu. Biz özümüz də ilk hissədə zəif çıxış etdik. Yorğunçuluq olsa da, ikincilik mövqeyimizi qorumaq üçün qol vurmağımız lazım idi. Məhz buna görə, ikinci yarıda hücumlarımızın sürətini artırdıq, ardıcıl qollar vurduq.

– Sxadadze sənə son zamanlar əsas heyətdə güvənmir. Amma sən “Neftçi”ylə matçda meydana çıxdıqdan sonra sərgilədiyin futbolla bir növ ona “meydan oxudun”. Sxadadzenin sənə əsas heyətdə  güvənməməsinin səbəbi nədi?

Güvənməmək söhbəti yoxdu. AZAL-la oyunda əsas heyətdə meydana çıxdım. Futbold abelə şeylər ola bilər. Məşqçinin taktikasına uyun ola bilər lazım bilməyib. Ancaq o, hər zaman mənə güvəndiyini deyir. Burda başqa söhbət yoxdu.

– Qarşıdan “Simurq”la oyun gəlir. Zaqatala səfəri öncəsi nə deyərdin?

Çətin səfərdi. Hər komanda ordan xalla qayıda bilmir. Ancaq bu dəqiqə elə bir vəziyyətdi ki, itirəcəyimiz heç nə yoxdu. Nə liderə çatmaq şansımız yüksək deyil, nə də aşağıdakıların bizə… İkincilik mövqeyimizi tam qorumaq üçün bu səfərdən də 3 xalla qayıtmağa çalışacağıq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Həkim travmatoloq: “İdmançılarda bu risk hər zaman qalır” – Müsahibə

admin

Aylton suala sualla cavab verdi: “Qurban müəllim bunu müsahibəsində deyib?”

admin

Ramin Musayev: “Hakimlərimiz klublardan daha çox hazırlaşırlar” – MÜSAHİBƏ

admin