26 Avqust 2019
Müsahibə

“Əgər buradayamsa, deməli, gücümə və özümə inanıram.” – MÜSAHİBƏ

“İnter”in yeni transferi Mirzağa Hüseynpur klubun rəsmi saytına müsahibə verib. 

– İlk öncə “İnter”ə keçidin barədə danışardın…
– Kaxaber Sxadadze kimi ixtisaslı məqşçinin mənə diqqət yetirməsi mənim üçün çox xoş idi. Demək olar bu təklifə dərhal razılıq verdim. “İnter”ə keçidim də belə baş tutdu.
– Necə düşünürsən, hansı üstünlüyün “İnter”i cəlb etdi ki, sənə təklif göndərildi?
– Ola bilər oyun tərzimə görə baş məşqçinin diqqətini cəlb etdim. “İnter”in sərgilədiyi oyun tərzi mənə xoş təsir bağışlayır. Məşqlərdə fəal şəkildə ötürmələr edirik və qaçırıq. Taktiki tapşırıqlar üzərində çox çalışırıq, bir sözlə, baş məşqçi bizdən taktiki savadlılığa və oyun tərzimizə riayət etməyimizi tələb edir.
– Demək olarmı ki, ötən mövsüm sənin üçün heç də pis alınmadı. “Sumqayıt” Premyer Liqada yerini saxladı, sən də Premyer Liqanın oyunlarında özünü yaxşı tərəfdən nümayiş etdirdin?
– Hesab edirəm ki, ötən mövsüm mənim üçün yaxşı alındı, axı bundan bitməsindən sonra “İnter”ə keçdim. Lakin etiraf etmək lazımdır ki, ötən mövsüm mənim üçün asan olmadı, axı mənim müəyyən problemlərim vardı, müəyyən anda getdim, ancaq yenidən qayıtdım və yalnız çempionatın sonu uğurlu alındı.
– “Sumqayıt”a qədər Rusiyada çıxış etmisən. Karyerana orada başladın və orada da bir neçə il çıxış etdin. Karyeranın bu mərhələsi barədə fikirlərini öyrənək…
– Mən futbol oynamağa Rostov vilayətində başlamışam. Sonra Gəlincikdə oynadım, daha sonra Olimpiya Ehtiyat Məktəbinə keçdim və burada 1 il çıxış etdim. Bundan sonra Rostovun “XXI əsr” Uşaq Gənclər Futbol Məktəbində 5 il futbol oynadım, sonra “Rostov” klubunun əvəzedici heyətinə keçdim. Tezliklə toplanışa hazırlanan əsas komandaya dəvət etdilər, ancaq aldığım zədə komandaya qoşulmağa imkan vermədi. Zədədən sonra Novoçerkask şəhərinin “MİTOS” klubuna keçdim. Karyeramın Rusiyanın ikinci liqasında uğurlu alındığını deyə bilmərəm. Orada 2 il oynadım və sonra Azərbaycana gəldim.
– “İnter”də əsas heyət uğrunda böyük rəqabət var. Əsas yer uğrunda mübarizəyə hazırsanmı?
– Hətta daha az ambisiyalı komandada da əsas heyətdə yeri asanlıqla vermirlər. Əsas yerə layiq olduğunu həmişə təsdiqləmək lazımdır. Əgər buradayamsa, deməli, gücümə və özümə inanıram. Əsas heyət uğrunda mübarizəyə hazıram, çox çalışacağam. Bizim çox güclü futbolçularımız və rəqabət var, kimin oynayacağına da baş məşqçi qərar verəcək. Kaxaber Sxadadze çox güclü futbolçu olub və indi də o, futbol fəlsəfəsini məşqçi timsalında həyata keçirir. Təbii ki, kimin əsas heyətin tərkibində meydana çıxacağını o, daha yaxşı bilir.
– Artıq bir aydır “İnter”in heyətindəsən. Yeni komandaya uyğunlaşmaq mərhələsinin artıq başa çatdığını demək olarmı?
– Əlbəttə. Bizim çox güclü futbolçularımız var və onlar ilk növbədə çox yaxşı insanlardır. Komanda yoldaşlarım çox mehribandılar. Bəzilərini “Sumqayıt”da birlikdə çıxış etdiyimiz zaman tanıyırdım. “İnter”ə uyğunlamağım çox asan keçdi.
– Təlim-məşq toplanışının gedişi barədə nə deyə bilərsən? Yükləmələrlə bacarmaq çətin deyil ki?
– Xeyr, çətin deyil, ona görə ki, hamı belə yükləmələrə hazırdır. Birinci toplanışda diqqət əsasən fiziki yükləmələrə yönəldilmişdi. Həmişə belə olur. Biz çox qaçırdıq və məşqlər çox intensiv olurdu, amma bizə bu toplanışı yaxşı keçirmək müyəssər oldu. Etiraf edim ki, hətta məzuniyyətdə olan zaman fərdi qaydada qaçırdım, trenajor zalında məşq edirdim.
– Sənə qədər 9 nömrəli formada nəinki “İnter”də oynamış, hətta indiyədək Azərbaycan çempionatında mübarizə aparmış ən təcrübəli və tanınmış futbolçulardan biri Aleksandr İaşvili çıxış edirdi. Ümumiyyətlə, bu nömrədən komandaların bir qayda olaraq aparıcı futbolçuları istifadə edirlər. Bu faktor sənə əlavə məsuliyyət aşılayırmı?
– 9 nömrəli formada oynamaq mənim üçün böyük şərəfdir, buna qədər həmin formada Aleksandr İaşvili kimi təcrübəli futbolçu çıxış edib. İnşallah, mən bu nömrəyə uyğun gələrəm! Etiraf edim ki, bu nömrəni seçməzdən öncə soruşdum. 9 nömrə böyük məsuliyyətdir. “İnter”ə kömək etmək və mənə göstərilən etimadı doğrultmaq istəyirəm.

Oxşar xəbərlər

“Neftçi”nin futbolçusu: “Bizim üçün pis nəticədir”

admin

Qurban Qurbanov: “Evə gedib, onların adlarını axtaracağam”

admin

“Onlara güvənərək bu yola çıxmışıq” – “Neftçi”nin məşqçisi

admin