21 Oktyabr 2020
Kateqoriyasız

Əliyar Ağayev Millətlər Liqası oyununu idarə etdi

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq matçı idarə edib.

O, UEFA Millətlər Liqasnın IV turnda keçirilən Bolqarıstan – Uels oyununun baş hakimi olub. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev Bolqarıstandan 3, Uelsdən 4 futbolçu olmaqla ümumilikdə 7 sarı vərəqə göstərib.

Referiyə bu qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli köməklik edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”ın ispaniyalı futbolçuları ölkəmizdən getdi – xüsusi təyyarə ilə

admin

“Bizi kiçik komanda bilib…” – Qurban Qurbanov

admin

Yığmamızın heyəti açıqlandı

admin