Kateqoriyasız

Əliyar Ağayev “Panatinaikos” – PAOK oyununu idarə etdi – Video

FIFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasının çempionluq qrupunun oyununu idarə edib.

O, 2-ci turda “Panatinaikos” – PAOK matçında baş hakim olub. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub.

Görüş Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçirilib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Ağayev ev sahiblərinin 3, qonaqların 4 futbolçusuna sarı vərəqə göstərib.

Bu nəticədən sonra “Panatinaikos” 49 xalla 4-cü, PAOK 50 xalla 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Zəngilan şəhəri işğaldan azad edildi

admin

Rüfət Dadaşov oynadı, komandası qələbə qazandı

admin

Xorvatiyanın DÇ-2018 heyətindən 9 ulduz futbolçu millimizə qarşı oynamayacaq

admin