18 Oktyabr 2021
  • Ana səhifə
  • Müsahibə
  • Əliyar Ağayev Saşa Stamenkoviçin ondan üzr istəməsinə toxunub,mövsümü dəyərləndirdi : “Neftçi”nin oyununu idarə etmək istəmirdim” – (MÜSAHİBƏ + Birinci hissə)
Müsahibə

Əliyar Ağayev Saşa Stamenkoviçin ondan üzr istəməsinə toxunub,mövsümü dəyərləndirdi : “Neftçi”nin oyununu idarə etmək istəmirdim” – (MÜSAHİBƏ + Birinci hissə)

Gənc FİFA referisi Əliyar Ağayevin idmanxeber.com saytına müsahibəsi.

– İlk olaraq geridə qoyduğumuz mövsüm haqda fikirlərini bilmək istəyərdim.

Statistikaya baxsaq Premyer Liqanın inkişafını görərik. Hər şey göz qabağındadı. Fakt budur ki, bizim çempionatın səviyyəsi ildən ilə artır. İstər klublarımızın gətirdiyi legionerlər, istərsə də məşhur məşqçilər də çempionatımıza əlavə rəng qatır. Bu biz hakimlər üçün də sevindirici haldı.

– Bir azarkeş kimi bilmək istəyərdim, səncə, avrokuboklara vəsiqə qazanan komandalar layiq olduqları yeri tutdular, yoxsa başqa cür fikirləşirsən?

Düşünürəm ki, kim hansı yerə layiq idi o yeri də tutdu. "Qarabağ" çempionluğa layiq oyun göstərib çempion oldu. "İnter", "Qəbələ" də yüksək səviyyəli oyunlarla bu yerə layiq idilər.

– Mövsüm boyu "Neftçi" sənin  "Qarabağ"la oyunlarınıza çox təyinat almağınıza etiraz edirdilər. Səncə bu nədən irəli gəlirdi?

Başa düşmürəm ki, niyə narazı qalırdılar. Halbuki özüm "Qarabağ" – "Neftçi" matçlarını az idarə etmişəm. Səhv etmirəmsə bir dəfə bu komandaların bir-birləri ilə oyununu idarə etmişdim. Kim nəyə etiraz edirsə bu həmin şəxslərin fikiridi. Baxın, "Qarabağ" 36 turda cəmi 6 dəfə məğlub oldu ki, bunun da bir neçəsi çempion olduqdan sonra baş verdi. Əgər təkcə mənim deyil, digər hakimlərin də idarəçiliyi ltında "Qarabağ" qələbə qazanırsa bu artıq onların gücündən xəbər verir. Artıq söz danışmağa ehtiyac yoxdu.

– Gənc hakim kimi kubların sənin idarə etdiyin oyunlarda etiraz etmələri, üzərinə belə gəlməsi səni psixoloji cəhətdən "sındırmır"?

Yox, qətiyyən. Bunlar olmalıdır. Etiraz həmişə olub, yenə də olacaq. Mən özüm kobud səhv edəndə utanıram. İnanın evdən çölə çıxa bilmirəm.

– Ardıcıl olaraq üçüncü dəfə Azərbaycan kubokunun finalını idarə etdin. Hələ Azərbaycan futbolunda heç bir gənc hakim bu uğura sahib olmayıb. Sən bunun məsuliyyətini dərk edirsənmi?

Əlbəttə. Mənim idarə etdiyim hər 3 final matçı maraqlı idi. Düzdü, hər 3-də də komandaların hər ikisi avrokuboklara gedəcəkdi. Bu dəfəki final mənim üçün öncəki iki fional matçından fərqli idi. Bu dəfəki final daha çox xoşuma gəldi. Səhvlərimizə baxmayaraq bizə şans verilir. Bu da bizi sevindirir.

– Ötən il kubokun finalında Saşa Stamenkoviçin hərəkəti gözündən yayındı və bu epizodu görməməklə kobud səhv etdin. Ancaq bu dəfə finalda bu kimi hal təkrarlanmadı. Bu finala xüsusi hazırlıq görmüşdünmü?

Təbii. Həmin finala təyinat alanda bu kimi halların təkrarlanmaması üçün ciddi hazırlıq görürdük. Hətta matçdan öncə oyunun penaltilər seriyasına kimi gedəcəyini düşünüb ilk növbədə qapıçılara diqqət etmək lazım olduğunu köməkçilərimə bildirdim. Xüsusən də Saşa Stamenkoviçə…

– Qapıçının futbolçuya psixoloji təsiri normaldı. Lakin Stamenkoviçin hərəkəti uzun müzakirə obyekti oldu. Məlum məsələdir ki, Saşa çox irəli getdi və sən bu anı görmədin. Bəs eyni hal bu dəfə təkrarlansaydı, hansı addımı atacaqdın?

Keçən il final matçını yaxşı idarə etdik. Sadəcə yüksək səviyyədə idarə etdiyimiz 120 dəqiqə penaltilər seriyasında puç oldu. Bu bizim əziyyətimizi yerə vurdu. Bu dəfə eyni şeyin təkrarlanması mümkün deyildi. Çünki qapı arxasında duran hakimlərə də qapıçılara diqqət yetirməsini tapşırmışdım. Lakin Stamenkoviçin topu keçən il XL-in futbolçusunun üzərinə atmasını görməməklə böyük səhv etdiyimi danmıram. Ancaq bu kimi hallar avrokuboklarda da olur.  Əgər Stamenkoviç eyni şeyi təkrarlasaydı ona sarı vərəqə verəcəkdim.

 

– Bu 36 turda hansı komandanın və ya hansı matçı idarə etmək istəməmisən? Yəni, oyun cədvəli açıqlananda "bu oyuna məni təyin etməsələr yaxşı olar" – demisən?

"Neftçi" və "Bakı" komandaları arasındakı matçları idarə etmək istəməmişəm. Ona görə ki, bu komandaları arasındakı prinsipiallıq psixoloji olaraq mənə də təsir edirdi. Ancaq belə oyunlara da təyinat alanda xüsusi hazırlaşırdıq. Bu bir növ psixoloji cəhətdən bizə təsir etsə də, digər tərəfdən yaxşı hal idi. Bəzən görürdün bu cür çətin oyun yaxşı sonuclanırdı.

– Bitən mövsümdə ən kobud səhvin hansı matçda olub və hansı komandaya qarşı?

(ardı var…)

Səxavət QURBANOV

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” sevgi, emosiya, ehtiras deməkdir” – Soni Mustivar

admin

Tahir Süleymanov: “Hakimlikdəki indiki durum AFFA və PFL-ə sərf edir”

admin

Maksim Medvedyev: “Anam pulu futbol oynamaqla qazandığıma inanmırdı” – MÜSAHİBƏ

admin