02 Dekabr 2020
Dünyadan

Ən çox gəliri olan futbolçular kimlərdir?

Dünyanın ən məşhur jurnallarından olan “Forbes”, ən çox gəliri olan futbolçuların adlarına aydınlıq gətirib.

İdmanxeber.com-un məlumatına görə, siyahıya “Real”ın superulduzu Kriştiano Ronaldo başçılıq edir. “Kral” klubunun futbolçusu illik 80 mln dollar qazanır. İkinci sırada isə illik gəliri 64.7 mln dollar olan Barselona”nın ulduzu Lionel Messi qərarlaşır. İlk üçlüyu 40.4 mln dollar gəlirlə PSJ-nın hücumçusu Zlatan İbrahimoviç tamamlayır.

Qeyd edək ki, “Forbes”ə görə, ən varlı on futbolçular aşağıdakılardır..

1. Kriştiano Ronaldo (“Real”) – 80 mln dollar

2. Lionel Messi (“Barselona”) – 64,7 mln dollar

3. Zlatan İbrahimoviç (PSJ) – 40,4 mln dollar

4. Qaret Beyl (“Real”) – 36,4 mln dollar

5. Radamel Falkao (“Mançester Yunayted) – 35,4 mln dollar

6. Neymar (“Barselona”) – 33,6 mln dollar

7. Ueyn Runi (“Mançester Yunayted”) – 23,4 mln dollar

8. Serxio Aquero (“Mançester Siti”) – 23,3 mln dollar

9. Yaya Ture (“Mançester Siti”) – 21,7 mln dollar

10. Fernando Torres (“Milan”) – 21,3 mln dollar


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Barselona” Messiyə yeni müqavilə imzalayır

admin

Futbol tarixində ilk – VİDEO

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin