04 Avqust 2020
  • Ana səhifə
  • Kateqoriyasız
  • “Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, oynadaq” – “Beşiktaş”ın prezidenti
Kateqoriyasız

“Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, oynadaq” – “Beşiktaş”ın prezidenti

“Azərbaycan “Beşiktaş” üçün çox önəmlidir. Ölkənizdə klubumuzu dəstəkləyən qardaşlar var”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə müsahibəsində deyib.

Klub prezidenti Bakıda “qara qartallar”ın mağazasının açılması və azərbaycanlı futbolçuların bu kluba transfer olunması ilə bağlı maraqlı təklif irəli sürüb: “Azərbaycanda yaxşı futbolçular var? Əlbəttə, var. Ən yaxşılarını azərbaycanlı qardaşlarımız tapıb, bizə göstərsinlər. Belə halda qiymətli olan azərbaycanlı futbolçunu “Beşiktaş”da oynadarıq. Bununla da Türkiyə futbolunda azərbaycanlı futbolçuların uğurları izlənilər. Bu işin davamı da gələr. Nə deyirsiniz, ola bilər? Niyə də olmasın?! Çox gözəl alınar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

Almeydadan Ağdamın işğalı ilə bağlı paylaşım

admin

“Mançester Yunayted” səfərdə qələbə qazandı (VİDEO)

admin