24 Yanvar 2022
Kateqoriyasız

Ərdoğan Türkiyənin oyunlarına baxmaq üçün Bakıya gələcək

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan AÇ-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün Bakıya gələcək.

Dövlət başçısı bununla bağlı Azərbaycan respublikasının prezidenti İlham Əliyevlə danışdığını bildirib:

“İtaliyada ev sahiblərinə qarşı başlayırıq. Qəribə işdir. Digər iki görüşümüz üçün Bakıya gedəcəm, amma Romadakı oyunda olmaya bilərəm. İnşallah, Bakıya gedərəm, qrupdan da çıxarıq”.

Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda  qarşılaşacaq. AÇ-2020-nin açılış matçı Romada keçiriləcək. “Olimpiko”da İtaliya və Türkiyə milliləri qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bütün ölkəni xoşbəxt etdik” – Nazarov

admin

Qurbanov “Legiya” səfərindən danışdı: “Onların üzərinə gedəcəyik”

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin