"Trabzonspor"un baş məşqçisi Ərsun Yanal millimizin futbolçusu Ramil Şeydayev haqda növbəti açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, o, yayda transfer etdikləri oyunçuların çıxışı barədə danışarkən millimizin hücumçusundan da bəhs edib:
"İbanez, Suk və Ramildən gözlədiyimizi ala bilmədik. Onların komandaya faydası olmadı. Düzdür, Ramil gənc oyunçudur, ancaq digərlərinin kifayət qədər təcrübəsi var. Bundan sonra daha düzgün transferlər etməliyik".