18 Oktyabr 2021
Kateqoriyasız

“Əsəbi olmayacağıq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah ÇL-in ikinci təsnifat mərhələsi çərçivəsində sabah qarşılaşacaqları “Dandolk”la oyundan öncə jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis sabahkı oyunun çətin keçəcəyini bildirib:

Çətin oyun olacaq. Hər iki komanda çox istəklidi. Biz də həddindən artıq çox istəyirik ki, mərhələni adlayaq. Sabah maraqlı oyun olacaq.

– Zədəlilərin son durumu nə yerdədi?

Bədavi Hüseynov hələ də sağalmayıb. Onda durum yaxşı deyil. Bir məşqdə yenə ağrı hiss etdi və fərdi məşqləri 4-5 günlük dayandırdı. Qalan digər zədəlilər yüz faiz hazır olmasa da, komandaya kömək edə biləcək səviyyədədilər.

– Yeni transferləri sabah meydanda görəcəyik?

Sabahkı oyunda əsas heyətdə olmayacaqlar. Ancaq onlardan birinin adını “18”liyə salacağıq.

– Rəqibin oyununa görə , nə isə fərqli dəyişikliklər görəcəyikmi?

Biz çalışırıq ki, öz oyun üslubumuzu qoruyaq. Sabahkı oyunda istədiklərimizi meydanda qoymağa çalışacağıq. Rəqibi analiz eləmişik, onların istədiklərini həyata keçirməməyə çalışmalıyıq.

– Rəqib düşərgəsindən bildiriblər ki,”Qarabağ” sabah əsəbi oynayacaq. Siz bu barədə nə deyərdiz?

Əsəbi olmayacağıq. Ancaq meydanda idman prinsipləri baxımından əsəbi oynaya bilərik.

– Avroliqada “Neftçi”nin “Arsenal”ı keçəcəyini düşünürsüzmü?

İnşallah keçəcək və ölkə reytinqimizə xallar əlavə edər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” qrup oyunlarını bu stadionda keçirəcək – dəqiqləşdi

admin

“Səbail” makedoniyalı qapıçı aldı – rəsmi

admin

“Qəbələ” paytaxt klubunu məğlub etdi

admin