06 Oktyabr 2022
Müsahibə

“Əsas məqsədimiz müdafiə olunmaq idi” – “Viktoriya”nın baş məşqçisi

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” (Plzen, Çexiya) oyunundan (0:0) sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Mixal Bilek jurnalistlərin suallarını cavablandırdı.

– Komandanız müdafiədən oynadı. Bu, həmişəki taktikanızdır, yoxsa “Qarabağ”dan çəkindiyinizə görə belə çıxış etdiz?
– “Qarabağ”a böyük hörmətimiz var. Açıq oynasaydıq, daha sürətli matç alınardı. Əsas məqsədimiz müdafiə olunmaq idi.

 Oyunun nəticəsi sizi qane etdi?
– Bu nəticədən razıyıq. Bizi daha ağır cavab oyunu gözləyir. Buna xüsusi hazırlaşacağıq. Matçdan əvvəl “Qarabağ”ın gücünü bilirdik. Çox güclü komandaları mübarizədən kənarlaşdırıb. Amma bizim də şanslarımız oldu. Cavab matçında daha şanslı olacağıq.

– Komandanız çox kobud oynayırdı. Səhv etmirəmsə, əsas müdafiəçilərinizdən biri cəzalı duruma düşdü…
– Düşünmürəm ki, futbolçular çox aqressiv idi. İrəli getmək üçün tələsirdik. Ola bilsin, bu sürət belə görünüb. Normal və aqressiyasız oynadıq. Bəli, bir oyunçumuz cəzalı duruma düşdü. Amma biz onsuz da güclüyük.

– Qapıçınızın oyununu necə qiymətləndirirsiz?
– Kifayət qədər yaxşı oynadı. Çexiyada ən yaxşılardandır. Cavab matçında da formasında olacaq və yüksək səviyyədə çıxış edəcək.

-Bu nəticənizi qapıçınızın adına bağlamaq olar?
– Bu hesab ədalətli nəticə idi. Hər iki komandanın şanslarını bərabər görürəm.

– Ümumi atmosferi necə qiymətləndirirsiz? Azarkeşlər sanki sizin komandanıza qarşı aqressiv idilər…
– Düşünmürəm ki, aqressiya göstərdilər. Əksinə çox gözəl atmosfer var idi. Düşünürəm ki, Çexiyada da azarkeşlərimiz belə ab-hava yaradacaqlar. Fanatların bizi fitə basması aqressiya deyil.

 -6 il əvvəl “Qarabağ”ı səfər qolu ilə keçmişdiz. Cavab matçında sizə nə kömək edəcək?
– Əsas məsələ odur ki, yenə qapımızı toxunulmaz saxlayaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Kapitan etiraf etdi: “Özümüzü çətinə saldıq, onlar bunun üçün gəlmişdilər” – MÜSAHİBƏ

admin

Miçel: “Biz hələ heç nəyə nail olmamışıq” – MÜSAHİBƏ

admin

“Geriyə top ötürmək çəkinmək və qorxaqlıq əlaməti deyil” – Qara Qarayev

admin