31 Yanvar 2023
Kateqoriyasız

“Əsl azərbaycanlı kimi qərar verdim” – Qurban Qurbanov

Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Fransanın “Marsel” klubuna məğlub olan (0:3) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

– Risk edəcəyimizi demişdim. Böyükhesablı nəticə gözləyirdim. Amma hər bir halda fikrim komandanın oyun sistemini tam dəyişməkdi. Azərbaycan futbolunda başqa bir addım atmaq istəyirik. Daha hücumameyilli, aktiv, aqressiv, meydanın rəqibə aid tərəfində futbol oynamağı düşünürük. Futbolçularımdan çox razı qaldım. Möhtəşəm oynadılar. Sadəcə, son 10 dəqiqədə bir qədər fərqli oldu. 2-ci qoldan sonra hesabı fikirləşmirdim. İstəyirdim ki, digər oyunçular da ab-havanı hiss etsin. Saysız-hesabzsız qol imkanımız oldu. Rəqib isə əlinə düşənlərdən faydalandı. Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Möhtəşəm atmosfer var idi. Belə köklü komandaların Bakıya gəlməsi futbolumuz üçün müsbət haldır.

– Vadjinin əllə qol vurmasından sonra verdiyiniz qərarla bağlı danışardız. Rəqib baş məşqçi dedi ki, hakimin
– İndidən sonra bu sualı cavablandırmaq mənim üçün ən çətin məqamlardan biri olacaq. Bura gələnə kimi nə qədər soruşulub, bundan sonra da çox müzakirə olunacaq. Amma bu qədər çox müzakirə edilməsini istəmərəm. İnanmıram, azarkeşlər buna görə məndən küssün. Əsl azərbaycanlı kimi qərar vermək istədim. Futbolçunu yanıma çağırıb, soruşdum ki, top əlinəmi dəydi, yoxsa əllə oynadın? O da dedi ki, əllə vurdum. Ədalətli qərar verməkdə heç bir çətinlik yoxdu. Çox sərbəst qərar verdim. Sırf ədalətli və əsl azərbaycanlı kimi qərar verdim. Hər dəfə bu suallara cavab verməyi istəmərəm. Bura aid olan hadisə idi və qərarımı verdim.

– Bugünə qədər “Qarabağ”a qarşı bir çox ədalətsiz qərarlar olub. Bu hərəkətinizlə onlara cavab verdiyinizi düşünürsüzmü?
– Öz boynuma düşən vəzifəni həmişə layiqincə yerinə yetirmək istəyirəm. Bu addımı hamı gözləyirdi. Çalışdım, ədalətli olum. Həmişə heç kimin haqqına girməməyə çalışmışıq. Nəyəsə cavab vermək ağlımda deyildi. Oyunlarda gərginlik olur, köhnədə qalanlar yaddan çıxır. Qərarı mən verməliydim, mən də bunu seçdim. Bu gün nə lazım idisə, onu etməyə çalışdım. Keçmişdə olanlar artıq keçib gedib.

– Tarixi mövsümdə sizin üçün əsas qazanc nə oldu?
– Keçən ildən daha ümidli olmuşdum. Bu mövsüm ilk oyundan hər matçda riski gözə alırıq. Sona kimi bundan əl çəkmədim. Daha yaxşı olmaq, gələcəyi daha stabil etmək üçün mütləq bəzi anlarda nəyisə qurban verməlisən. Futbolçularım əvvəlki illərə nisbətən daha çox böyüdülər, ürəkli, inamlı oldular, rəqiblərdən çəkinmədilər. Bu mövsüm futbolçulara, kluba, rəhbərliyə, mənə, azarkeşlərə böyük ümid verdi. Mən tam razı qaldım. Bu gün hesab bizi aldada bilər. 0:1 uduzsaydıq, tam fərqli fikirlər ola bilərdi. Bu gün nəyisə qurban verməliyik ki, sabahımız daha yaxşı olsun. Nə qədər çətin yol olsa da, düşüncəm budu. Daha yaradıcı futbol oynamaq istəyirik. Böyümək üçün bu, çox vacibdi. Torpaqlarımız qayıdınca bir qədər ehtiyatlanırdım. İndi bütün komanda şəklində daha ürəkli olmuşuq, tam önə baxırıq. Bu mövsüm komandada nəyi görmək istəyirdimsə, gördüm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

Səxavət Qurbanov

“Qarabağ” qələbə qazandı, “Neftçi” xal itirdi

admin

“Qarabağ” – “Zirə”: START HEYƏTLƏR

admin