Ölkə futbolu

Əfran İsmayılov: “Çalışacam ki, öz oyunumla komandama xeyir verim”

Əfran İsmayılovun “Qarabağ”la müqavilə müddətini bir illik uzatdığı haqda məlumat vermişdik.

Milli komandamızın da üzvü olan yarımmüdafiəçi klubun rəsmi saytına açıqlama verib:

“Qarabağ” mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha bir il bu komandanın formasını geyinəcəm. Çalışacam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43