İdman

Əfran İsmayılov: “Elə Avropa komandaları var ki, hələ də Almaniyaya qol vura bilmir”

“Hər şey göz qabağındadı, çalışdıq nəsə edək, ancaq alınmadı. Heytləri demək olar, tam olaraq yenilənmişdi. Güclərini ikinci hissəyə saxladılar və lazım olan qolları vurdular”.

İdmanxeber.com-un əməkdaşı ilə söhbətində bu sözləri Almaniya oyunu sonrası yığmamızın futbolçusu Əfran İsmayılov deyib. “Qarabağ”ın yarımmüdafiəçisi var güclərini ilk hissədə qoyduqlarını bildirib: “İkinci hissədə demək olar tükəndik, bacarmadıq. 2-3 gün əvvəl Çexiyaya qarşı ağır oyun oynamışdıq, 1 gün yolda olduq üstəgəl, Almaniya ilə çətin matç. Bu komandaya qol vurmağımız müsbət haldı. Çünki elə Avropa komandaları var ki, hələ də Almaniyaya qol vura bilmir. Ramil Şeydayev hücumçudu. Qolunu vurmalı idi, inanırıq ki, ardı gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43