Müsahibə

Əfran İsmayılov: “Prosineçkinin bu qərarı mənə qaranlıq qaldı” – MÜSAHİBƏ

Milli komandamızın və “İnter”in futbolçusu Əfran İsmayılovun idmanxeber.com-a müsahibəsi.

– Əfran, Foqtsun dönəmində milliyə çox az hallarda dəvət alırdın. Ancaq Prosineçki səni ilk açıqladığı heyətdə siyahıya saldı. İlk öncə bununla bağlı nə deyərdin?

Foqtsun dönəmində gec-gec oynayırdım, ona görə də məni dəvət etmirdi. Bu da başa düşüləndi. Prosineçki məni dəvət etdi və bu inamı doğrultmağa çalışacam. Artıq bugündən toplanırıq və Malta ilə oyuna ciddi hazırlaşacağıq. Çalışacağıq ki, əlimizdən gələni edib yaxşı nətəicə qazanaq. 

– Rəqib Maltadı. Məğlub etməyə borcluyuq, razısanmı?

Borcluyuq deyəndə ki, hamı istəyər udsun. Düzdü, bizə uyğun rəqibdi. Ancaq çox təhlükəli komandadı.  Bolqarıstanla öz meydanlarında heç-heçə oynayıblar. İtaliyaya minimal hesabla uduzublar. Lakin buna baxmayaraq öz meydanımızda oynayırıq, çalışacağıq ki, maksiumum nəticə qazanaq. 

– Maltanın nəticələri sizi qorxudur, yoxsa…? Hər halda onları yoxlama görüşündə 3:0 udmuşuq…

Heç vaxt qoxrmuruq. Sadəcə belə komandalarla oynamaq ağır olur. Bizə uyğun rəqibdi. Öz meydanımızda oynadığımızı yaxşı dərk edirik. Bunu hamı ciddiyə almalıdır ki, həqiqətən ağır oyun olacaq. İnşAllah bu bizim üçün yaxşı şansdı. Qələbə qazanmaqla azarkeşlərimizi sevindirmək istəyirik. 

– Prosineçkinin açıqladığı heyətdə “Neftçi”dən heç bir futbolçu çağırılmayıb. Səncə, elə bir futbolçu varmı ki, çağırılmalı idi, amma çağırılmadı?

Düzü mən də təccəübləndim. Ancaq bu qərara hörmətlə yanaşmalıyıq. Hər halda Porsineçki bir şey bilib çağırmayıb. Ancaq yenə deyirəm, bu mənə qaranlıq qaldı.

– “Qaranada”nın üzvü Eddi İsrafilovun da Malta ilə oyunda debüt edəcəyi gözlənilir. Bu futbolçu ilə bağlı nə deyərdin?

Tanışlığım yoxdu, ancaq baş məşqçi onun oyununu görüb. Prosinçeki çox istəyirdi ki, o, millidə çıxış etsin. Hər halda La Liqada oynayan futbolçudu. Biz də istəyərik ki, milliyə köməyi dəysin. İnanıram ki, bu belə də olar. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43