16 Sentyabr 2024
Kateqoriyasız

Əfran İsmayılov və Rauf Əliyev sıraya döndü

Sabah “Bakı”  Topaz Premyer Liqanın 28-ci turunda öz meydanəıda “Simurq”la qarşılaşacaq.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, bu gün komanda oyunöncəsi son məşqini keçirib.

Saat 11:00-da yüngül qaçışla başlayan hazırlıq yerini dartınma hərəkətlərinə buraxıb. Ardınca əyləncəli qaçdı-tutdu oynayan futbolçular məşqin çox hissəsini “kvadrat”a həsr edib. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra isə ikitərəfli oyun baş tutub. Rəmzi olaraq “göylər” və “yaşıllar”ın mübarizəsində birincilər (4:2) üstün olub.

Qeyd edək ki, zədəsini sağaldan Əfran İsmayılov və Rauf Əliyev kollektiv məşqlərə qoşulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43