İdman

Əfran İsmayılov: “Vurduğum qollarda prezidentimizin mənə verdiyi motiviasiyanın rolu böyük idi”

Millimizin və “Qarabağ”ın futbolçusu Əfran İsmayılov DÇ-2018-in seçmə mərhələsində San Marinoya qarşı matçda vurduğu qollardan danışıb.

İdmanxeber.com-un klubun rəsmi “facebook” səhifəsinə istinadən yaydığı məlumata görə, 28 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Ağdam klubunun heyətini qəbul edən zaman məhz onun haqqında dediyi müsbət fikirlər bu oyuna motivasiya olmağında rol oynayıb : “Ölkə başçısının qəbulunda olmaq hər birimizin arzusudur. Belə bir görüşdə olarkən yaşadığımız hisləri anlamaq üçün elə bir qəbulda olmaq lazımdır. Sevindirici haldır ki, prezident mənimlə təkbətək söhbət etdi və təriflədi. Məhz bu matçlara daha yaxşı motivasiya olmağımda rol oynadı. Təbii ki, dünən vurduğum qollarda o sözlərin də motivasiyası böyük idi. Xalqımızı, prezidentimizi sevindirdiyim üçün şadam”.

Qeyd edək ki, Ə.İsmayılov  San Marinoya qarşı dünən keçirilən görüşdə (5:1) dubla imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43