Kateqoriyasız

Əfsanəvi ingilis futbolçu “qırmızı şeytanlar”ı “yıxıb-sürüdü” – “Oyunlarına baxmaq mümkün deyil”

"Mançester Yunayted"in göstərdiyi oyun İngiltərədə futbol mütəxəssislərinin əsas tənqid obyektidi.

İdmanxeber.com-un məlumatına görə, İngiltərə futbolunun əfsanəsi Alan Şirer "qırmızı şeytanlar"ın durumu haqda danışıb.

O bildirib ki, "mankunyanlar"ın sərgilədiyi oyuna baxmaq xoş deyil:

"Bu mövsüm "Mançester Yunayted"in oyununa baxmaq mümkün deyil. Problem ondadı ki, onlar çox saxta oynayırlar. Başa düşürəm, komandada zədəlilər çoxdu. Amma mövsüm əvvəlində zədəli olmayanda da MY yaxşı oynamırdı. Onlar öz oyunları ilə azarkeşləri sevindirə bilmirlər. Halbuki bu bütün komandanı borcudu". 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43