Kateqoriyasız

Əhmədov “Kəpəz”də

Tanınmış futbol veteranı Rövşən Əhmədov “Kəpəz”də çalışacaq.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, aşağı yaş qrupları üzrə seleksiyaçı məşqçi təyin olunub.

Rövşən Əhmədov futbolçu kimi “Kəpəz” ilə Azərbaycan çempionu, ölkə kubokunun qalibi adını qazanıb. O, “sarı-göylər”in heyətində çempionatın bombardiri də olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43