İdman

Əhmədovun Premyer Liqadakı debütü

Azərbaycan Premyer Liqasının XXVII turu baş hakim debütü ilə yadda qalıb. 

İdmanxeber.com-un məlumatına görə, “Keşlə” – “Qarabağ” matçını (3:0) idarə edən Rəşad Əhmədov Azərbaycan çempionatının yüksək dəstəsində ilk matçını keçirib. O, cari mövsümdə Premyer Liqa oyununu idarə edən 11-ci referidir. Əvvəlki 26 turun matçları 10 hakimə həvalə olunmuşdu. Əhmədov ölkə çempionatları tarixinə 96-cı baş hakim kimi düşüb. Belə ki, 1992-ci ildən keçirilən yarışda onadək 95 referi ədaləti qorumuşdu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43