Dünyadan

Əl Jadeyui: “Qarabağ”la birgə avrokuboklarda yaxşı təcrübə toplamışam

“Qarabağ” ilə yollarını ayıran Əl Hərbi Əl Jadeyui futbol karyerasını Taylandın “Ratçaburi” klubunda davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, transferi reallaşdıqdan sonra yerli mətbuata açıqlamalr verən təcrübəli futbolçu “Qarabağ”da oynadığı müddət ərzində yaxşı təcrübə topladığını bildirib:

“Ratçaburi” ilə müqavilə imzaladığım üçün xoşbəxtəm. Ümid edirəm ki, yeni klubumda uğurlu nəticələrə imza atacam. Komandamızın hədəfləri böyükdür və mən də əlimdən gələni etməyə çalışacam. Fransa və Azərbaycanda çıxış etmişəm. Son klubum “Qarabağ”ın heyətində avrokuboklarda uğrulu oyunlar keçirmişik. Ağdam təmsilçisində yaxşı təcrübə toplamışam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43