Kateqoriyasız

“Epizodları dəyərləndirə bilmədik” – Yaşar Vahabzadə

Misli Premyer Liqasında III turun “Kəpəz” – “Qəbələ” (0:3) matçından sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yaşar Vahabzadə oyun haqqında fikirlərini bildirib:

“Oyunla bağlı onu deyə bilərəm ki, futbolçuların fərdi səhvlərindən sonra qolları buraxdıq. Rəqibin oyununa baxıb təhlil etmişdik. Futbolçulara tapşırıqlar vermişdik və onlar bunu meydançada yerinə yetirməli idilər. Elə epizodlar oldu ki, dəqiq oynamadılar. Nəticədə qapımızda qollar gördük. Demək olmaz ki, biz tam müdafiə olunduq və ya müdafiədən çıxa bilmirdik. Hücumda da aktiv idik, epizodlar yaratdıq. Hansı ki həmin epizodları dəyərləndirə bilmədik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43