Ölkə futbolu

Əliyar Ağayev AÇ-də növbəti matçını idarə edib

Azərbaycanın FİFA referisi Əliyar Ağayev 19 yaşlılaradək keçirilən Avropa çempionatında baş hakim kimi meydana çıxıb.

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz bu dəfə İngiltərə – Xorvatiya matçında fit çalıb.

Görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə bitib. Əliyar Ağayev matç ərzində iki dəfə əlini cibinə ataraq xorvatiyalı futbolçulara sarı vərəqə göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43