Ölkə futbolu

Əliyar Ağayev AL matçına təyinat aldı

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək matçların birinə


hakimimiz  Əliyar Ağayev təyinat alıb.


İdmanxeber.com-un məlumatına görə, avqustun 4-də Rusiyanın Krasnodar şəhərindəki “Kuban” stadionunda 


keçiriləcək “Krasnodar” – “Birkirkara”


(Malta) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər.


Dördüncü hakim funksiysını Rauf Cabbarov yerinə yetirəcək.

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43