Ölkə futbolu

Əliyar Ağayev Avropa çempionatında

Bugün 19 yaşadək olan futbolçular arasında Avropa çempionatı start götürəcək.

İdmanxeber.com-un məlumatına görə, çempionatın sabah keçiriləcək Xorvatiya – Hollandiya matçına FİFA hakimimiz Əliyar Ağayev təyinat alıb.

O, adıçəkilən matçda 4-cü hakim funksiyasını yerinə yetirəcək. Oyunun baş hakimi ukraynalı Anatoli Jabçenko olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43