Dünya futbolu

Əliyar Ağayev “Bayer”in oyununa təyinat aldı

UEFA-dan ƏLiyar Ağayevə növbəti tapşırıq.

UEFA Avropa Liqasının A qrupunda oktyabrın 25-də keçiriləcək “Sürix” (İsveçrə) – “Bayer  Leverkuzen” (Almaniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43