Dünya futbolu

Əliyar Ağayev Çempionlar Liqasının matçını idarə edəcək

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i və ya 19-da keçiriləcək “Rusenborq” (Norveç) – “Dandalk” (İrlandiya) oyununun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

İdmanxeber.com-un məlumatına görə, ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43