Dünyadan

Əliyar Ağayev DÇ-2018-in oyununda

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə qrup mərhələsinin oyununa təyinat alıb. 

İdmanxeber.comn xəbər verir ki, bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, Ə.Ağayev noyabrın 13-də keçiriləcək oyunlardan birini idarə edəcək. 29 yaşlı referinin hansı görüşdə iş başında olacağı yaxın günlərdə açıqlanacaq. 

Qeyd edək ki, noyabrın 13-də Kipr – Cəbəllütariq, İsveçrə – Farer adaları, Macarıstan – Andorra, Bolqarıstan – Belarus, Luksemburq – Hollandiya, Portuqaliya – Latviya, Belçika – Estoniya və Yunanıstan – Bosniya və Herseqovina oyunları keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43