Kateqoriyasız

Əliyar Ağayev Konfrans Liqasının oyununda

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

İdmanxeber.az-ın məlumatına görəUEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin oyunları çərçivəsində oktyabrın 21-də Çexiyada keçiriləcək “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43