Premyer Liqa

Əliyar Ağayev “Qəbələ”nin oyununda

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun bütün təyinatları müəyyənləşib.

İdmanxeber.com-un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ" – "Neftçi" oyunu FİFA referisi Əliyar Ağayevə həvalə olunub.

"Zirə" – "Kəpəz" oyununda isə İnqilab Məmmədov iş başında olacaq. İki günü əhatə edəcək turun bütün görüşləri "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.

 

29 oktyabr (şənbə)

15:00. "Qəbələ" – "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov

Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

 

17:00. AZAL – "Qarabağ"

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "AZAL Arena"

 

30 oktyabr (bazar)

14:00. "Zirə" – "Kəpəz"

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

Zirə İdman Kompleksinin stadionu

 

16:00. "İnter" – "Sumqayıt"

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Kərim Ağayev

Bakı. "İnter Arena"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43