Kateqoriyasız

Əliyar Ağayev Super Liqa oyununu idarə edəcək

FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

O, Super Liqanın XXIII turunda VAR sisteminin tətbiq ediləcəyi “Atromitos” – AEL Larissa qarşılaşmasını idarə edəcək. Ağayev ertəsi gün keçiriləcək “Volos” – “Apollon Smirnis” oyununda isə VAR hakimi olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43