Kateqoriyasız

Əliyar Ağayev Türkiyə millisinin oyununa təyinat aldı

FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, mayın 31-də Türkiyənin Antalya şəhərində Türkiyə və Qvineya milli komandaları arasında keçiriləcək beynəlxalq yoxlama oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43