İdman

Əliyar Ağayevin idarə edəcəyi oyun açıqlandı

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Avropa Liqasında 3-cü turun oyununa təyinat alıb.

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Türkiyədə "Konyaspor" -"Braqa" (Portuqaliya) matçını idarə edəcək. Ona yan xətt hakimləri Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Əlavə köməkçi hakimlər Orxan Məmmədovla Rəhim Həsənov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Hakimlərimizin işinə rusiyalı Nikolay Levnikov qiymət verəcək.

Qeyd edək ki, oyun oktyabrın 20-də saat 21:00-da başlanacaq. Əliyar Ağayev Avropa Liqasının 2-ci turunda "Roma" – "Astra" görüşünü də idarə etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43