Dünyadan

Əliyar Ağayevin idarə etdiyi matçı Əhməd Davudoğlu da izləyib

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Türkiyədə “Konyaspor”la Portuqaliya “Braqa”sı arasında keçirilmiş matçı idarə edib. 

Konya Böyükşəhər Bələdiyyəsinin stadionundakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 9-cu dəqiqədə meydan sahiblərindən Deni Miloşeviç açıb. 55-ci dəqiqədə isə Ahmed Hassan bərabərlik qolunu vurub. Ağayev 3 futbolçuya sarı vərəqə göstərib. O, “Konyaspor”dan 57-ci dəqiqədə Alban Mehanı, 59-cu dəqiqədə Ali Turanı, “Braqa”dan isə 81-ci dəqiqədə Rui Fonteni cəzalandırıb.

Görüşü 140 jurnalistdən əlavə, keçmiş baş nazir, Ədalət və İnkişaf Partiyasının Konya millət vəkili Əhməd Davudoğlu da izləyib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43