l Divizion

“Əminliklə deyə bilərəm ki, üçüncü pillənin sahibi biz olacağıq”

Ötən mövsüm I Divizionun qızıl mükafatçısı “Ağsu”nun futbolçusu Həsən Allahyarov çempionatı dəyərləndirib.

İdmanxeber.com-a açıqlamasında futbolçu son turda məğlub etdikləri “Göyəzən” oyunundan (5:0) və bu mövsümki hədəflərindən danışıb:

“Çempionat çox qızğın mübarizə şəraitində keçir. Mən deyərdim, I Divizion Premyer Liqadan da maraqlı keçir. Komandam ötən mövsümün çempionudu, istəyirik, bu mövsüm də çempionluğa layiq bir futbol nümayiş etdirək. Birinci pillənin sahibi ola biləcəyimizi düşünmürəm. Bu həqiqətən də çətin olardı. Ancaq əminliklə deyə bilərəm ki, üçüncü pillənin sahibi biz olacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43