Kateqoriyasız

Əmrah Çəlikəl: “Molde”ni başqa ölkədə qəbul etməyimiz qəbulolunmazdı”

“Qarabağ”ın direktoru Əmrah Çəlikəlin müsahibəsini təqdim edir:

– Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Molde” matçının məkanı hələ də açıqlanmayıb. Son durum nədi?
– Hələ qərar verilməyib, biz özümüz də gözləyirik. Bizim üçün də vacib məsələdi.

– Artıq pley-off mərhələsinin belə, bəzi oyunlarının yeri bilinir. Belə vəziyyət nə qədər davam edə bilər?
– Vəziyyətin bu həddə çatması bizim qarşı tərəflə vuruşmağımızdan qaynaqlanır. Əgər onların istəyini qəbul etsəydik, çoxdan demişdilər ki, gedin, Macarıstanda və ya başqa bir ölkədə oynayın. Məsələnin bu qədər uzanmasının yeganə səbəbi odu ki, hərtərəfli üstlərinə gedirik.

– “Molde” klubunun tələbini nə dərəcədə doğru hesab edirsiz? Axı onların irəli sürdüyü problem ölkədaxili məsələdi…
– Sözsüz ki, bunda bizlik heç bir problem yoxdu. Əvvəlcədən də demişik ki, qapımız hər kəsə açıqdı və təminat da veririk. Ancaq yəqin ki, proses belədi. Qərarın yubanması onu göstərir ki, UEFA bizim haqlı olduğumuzu görür. Bizim mövqeyimiz səhv olsaydı, deyərdilər ki, başqa ölkədə oynayın.

– UEFA-nın belə gec qərar verməsi norveçlilərin təzyiqindən qaynaqlanır?
– Əlbəttə. Onlar da bir tərəfdən UEFA-ya təzyiq göstərir. “Biz əvvəlcədən də demişik ki, heç yerə getməyəcəyik” iddiasındadılar. Bizə görə məntiqli olmasa da, öncədən deyilib. Amma bizim də başqa ölkəyə getməyimiz qəbulolunmazdı. Ona görə ki, ev sahibiyik və rəqibi qəbul etməliyik. Məsələ olduqca mürəkkəbdi, UEFA-nın mövqeyi də başadüşüləndi. Norveç tərəfi müqavimət göstərir. Qeyri-müəyyən durumun uzanmağından belə başa düşürəm ki, qərarın bizim xeyrimizə verilməsi daha real görünür.

– UEFA “Molde” klubunun tələbini qəbul edərsə, bununla bağlı hər hansı addım atmağı düşünürsüzmü?
– Belə bir qərar gözləmirəm. Çünki matçın Azərbaycanda keçirilməsi üçün yetərincə faktlar var. Təbii ki, UEFA-nın istənilən qərarına hörmətlə yanaşacağıq. Əgər istəmədiyimiz qərar çıxarsa, bu, başqa ölkə klublarının da mövsümün gedişində eyni tələblə UEFA-ya müraciət etməsinə yol aça bilər. Qitə futbol qurumu bütün bunları yəqin ki, götür-qoy edir. Ancaq inanmıram ki, bizi harasa göndərsinlər. Norveç  komandası bura gəlməlidi (apasport.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43