Ölkə futbolu

Əmrah Çəlikəl: “Qarabağ”a dəstək olmaq lazımdır”

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl klubun son günlərdəki uğursuz çıxışı ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, Əmrah Çəlikəl bu durumda komandanın daha çox dəstəyə ehtiyacı olduğunu vurğulayıb: “Komandamızın son durumu hər bir klubun başına gələ biləcək hadisədi. Bunu “qara zolağa” düşmək kimi fikirləşmək də olmaz. Reallıqlar var. Son 3 matçı səfərdə keçirdik. Buna Gəncədən başladıq. Çox ağır bir matç oldu. Ardınca İtaliyada “Fiorentina” ilə oynadıq, sonra Qəbələyə gəldik. Bu, ağır bir “zolaq” idi. Statistikaya baxdıqda, komandanın pis oynamadığını da görürük. “Qarabağ”a dəstək olmaq lazımdır. Sadəcə, biz yox, “Qarabağ”ı  hər kəs sevər. Bizim birliyimizlə komanda kimi aşa bilməyəcəyimiz hansısa problem yoxdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43