Dünyadan

Əmrə Çolak fırtınası davam edir

Əmrə Çolak ardıcıl olaraq mükafat almağa davam edir.

İdmanxeber.com-un məlumatına görə, azarkeş səsləriylə təyin olunan mükafat üçün səslərin 58 %-ini toplayan Əmrə Çolak, oktyabr ayının ən yaxşı futbolçusu seçilib. Çolakı 24% səslə Xuanfran və 18% səslə Sidney izləyib.

25 yaşlı futbolçu mükafatı aldıqdan sonra verdiyi açıqlamada, bu mükafatın özü üçün çox xüsusi olduğunu söyləyərkən, azarkeşlərin özünü sevməsindən ötəri duyduğu xoşbəxtliyi ifadə edib.

Əmrə Çolak, ötən ay müddətində komandası ilə La Liqada çıxdığı 3 matçda bir qol və bir asistlik performans sərgiləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43