Dünya futbolu

Ən gözəl qolun müəllifi mükafatına qovuşdu

Peşəkar Futbol Liqası futbol üzrə Azərbaycan 1-ci divizionunda aprel ayının ən gözəl qolunun müəllifi seçilmiş Rüfət Məmmədovu (Qaradağ Lökbatan) mükafatlandırıb.

İdmanxeber.com-un məlumatına görə, Peşəkar Futbol Liqasına dəvət olunan oyunçuya xüsusi hədiyyə və əvvəlcədən nəzərdə tutulduğu kimi, 500 manat məbləğində pul mükafatı verilib.

Mükafatları PFL-in baş direktoru Məlik Həsənov təqdim edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43