Ölkə futbolu

Ən şit 1 aprel zarafatı – YAZI

AFFA İntizam Komitəsinin sədri Tofiq Fətullayev Orxan Sadıqlının niyə cəzalandırılmamasının səbəblərini açıqlayıb.

Qurum rəsmisinin ilk öncə dediklərini nəzərinizə çatdırırıq: “Biz epizoda baxdıq. Orxan Sadıqlının əlində əlcək var. Bəlkə bunun barmağı ağrayıb, belə edib? Kim bilir? Bütün bunları müzakirə edib, qərar verdik. Mahir Şükürov isə Lənkəranda əlini havaya qaldırıb, azarkeşlərə göstərmişdi.

Biz heç bir açıqlamaya əsaslanmırıq. Oyunda AFFA nümayəndəsi olub, hakim olub, hakim-inspektor olub. Bizim üçün onların qərarı əsasdır. Orxanın açıqlaması mənə lazım deyil” (futbol11.az)

Bu bəlkədə 1 aprelin ən gözəl və bir o qədər də şit zarafatı oldu. Əslində bu heç zarafat da deyil. Fətullayev barmaqları az qala stadionda hər kəsin gözünə girən Orxanın bu ədəbsiz hərəkətini və onun açıqlamasını qoydu bir kənara, başladı “Tarixi Nadir”i danışmağa. 

Düzdü cəzanın verilməməsi də gözlənilən idi. Çünki futbolçuları heç bir zaman bu cür ədəbsiz jestlər etməyən “Xəzər Lənkəran”ın 10 ildə ilk dəfə ən böyük səhvini bağışlamaq olardı ki, bu da baş tutdu. Lakin bu söhbətin məğzi başqadı. Məsələ Fətullayevin səsləndirdiyi gülüş dolu fikirlərdən gedir.

Yəni, bu anı görməyə, bunu izah etməyə savadlı olmaq gərəkmir. Niyə cəzalandırlımaması haqda sizə sual verilirsə onu mümkün qədər düzgün izah etməyə çalışın, yoxsa burada nağıl danışmayın. 

Bu gün 1 aprel olduğundan bunu zarafat kimi qəbul etməyə çalışacağıq. Ancaq bir günlə iş bitmir. Sizin üçün hər gün 1 apreldi onsuz..

P.S. Cəzanın verilməməsi ilə maraqlı bir xəbər əldə etmişik. Sən demə, bu cəzanın verilməsini heç “Neftçi” tərəfi də istəmirmiş. Əldə etdiyimiz bu informasiyanı da sizin diqqətinizə çatdıracağıq.

Bizi izləyin…


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43