l Divizion

Ən yaxşı qolun müəllifi: “Mən karyerama başlayanda səhv etdim”

Bu gün I Divizionun 14-cü turundan təxirə salınmış "Ağsu" – "Bakılı" matçı keçirilib – 7:0.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında noyabr ayının ən yaxşı qolunun müəllifi Nurlan Məmmədzadə jurnalistlərin suallarını cavablandırıb:

– Hamıya təşəkkür edirəm. Xüsusilə, PFL-in belə layihələr təşkil etməsi daha gözəldir.

– Səncə, sənin qolundan başqa hansı qol daha yaxşı idi?

– Məncə, Ruslan Tağızadənin qolu da yaxşı idi. Amma mənim qolum daha uzaq məsafədən vurulduğu üçün azarkeşlər məni seçdilər.

– Mükafat aldığın oyunda komandan məğlub oldu…

– Komandanın durumunu yəqin ki, bilirsiz.  Komandanın durumu nə qədər yaxşı olacaqsa, daha yaxşı nəticələr əldə edəcəyik. 

– Futbola başlayanda perspektivli futbolçu idin…

– Mən karyerama başlayanda səhv etdim I Divizona gəlməklə. 16 yaşımdan burada çıxış etdim. Bura bataqlıq kimidi, düşən çıxa bilmir. Mən də səhv edərək gənc yaşlarımdan buraya gəlmişəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43