29 Sentyabr 2024
Dünya futbolu

Ən yaxşılar – Messi ikinci…

Fransanın nüfuzlu “L’Équipe” nəşri çempionatın 21-ci turunda keçirilən PSJ- “Tuluza” görüşünün (2:1) ən yaxşılarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Paris təmsilçisində hamıdan yüksək performans sərgiləyən isim Əşrəf Hakimi olub. Komandasının ilk qolunu vuran futbolçunun oyunu 8 balla qiymətləndirilib.

İkinci sırada isə Lionel Messi yer alıb. PSJ-nin qələbə qolunun müəllifi olan argentinalı 10 ballıq şkala üzərindən 7 xala layiq görülüb.

PSJ dünən keçirilən matçda rəqibini 2:1 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43