Kateqoriyasız

Ən yaxşımız Ramil Şeydayev

Avro-2020-nin seçmə mərhələsində iştirak edən futbolçuların performans göstəriciləri açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvləri arasında ən yuxarı indeksə Ramil Şeydayev malikdir. 587 xalı olan  23 yaşlı hücumçu ümumi sıralamada 171-cidir. Riçard Almeyda millinin ikincisidir. O, 486 xalla 239-cu sırada qərarlaşıb.  Bəhlul Mustafazadə isə millinin 3-cü ən yaxşı futbolçusudur. 22 yaşlı müdafiəçi 461 xalla 261-cidir.

Qeyd edək ki, ümumi siyahının ilk pilləsində 2541 xalla Hollandiya millisinin futbolçusu Memfis Depay yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43