Azərbaycan Premyer Liqasında 19-cu turun azarkeş sayı məlum olub.
İdmanxeber.az-ın məlumatına görə, turun ən az azarkeş izlədiyi matç “Zirə” – “Qəbələ” görüşü olub. Sözügedən qarşılaşmanı cəmi 200 tamaşaçı izləyib.
“Neftçi” – “Səbail” qarşılaşmasını 1100, “Sumqayıt” – “Keşlə” görüşünü isə 1200 tamaşaçı izləyib.
Lider “Qarabağ”ın “Sabah”la ev oyununa isə 300 azarkeş gəlib.