Müsahibə Ölkə futbolu Premyer Liqa

“Ən yaxşısı üçün çalışacağıq” – Zubir

Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir müsahibə verib.

– “Sevilya” ilə oyun öncəsi əsas rəqib üzərində qələbə böyük motivasiya oldu?
– Ümumiyyətlə, hər oyun bizim üçün motivasiyadır. Bilirdik ki, önəmli oyun idi. Ümid edirəm ki, bu qələbə “Sevilya” ilə oyun öncəsi bizim xeyrimizə olacaq.

– Ötən ilki mübarizədən sonra gözlənilirdi ki, “Neftçi” yenə də “Qarabağ”a çətinlik yaşadacaq. Ancaq xal fərqi böyüyüb və indidən “Qarabağ”ın çempionluğundan danışanlar var.
– Çempionat yeni başlayıb, qarşıda uzun marafon var. İndidən nəyinsə qazanıldığını demək olmaz. Biz də büdrəməməyə çalışacağıq. Hər oyuna qələbə üçün çıxacağıq.

– “Sevilya” ilə oyunda “Qarabağ”dan nə gözləmək olar? İspaniya klubunda yayda böyük dəyişikliklər olub. Əndəlüsiyalılardan Bakıda xal almaq olar?
– “Sevilya”dan yaxşı futbolçular getsə də, əvəzlərinə eyni səviyyədə olan oyunçular gəlib. Çalışacağıq ki, əlimizdən gələni edək və “Sevilya” qarşısında yaxşı performans göstərək.

– Qrupdan çıxmaq şanslarını necə hesab edirsən?
– Heç kəs indidən nəsə deyə bilməz. Qrupda əlimizdən gələni edəcəyik. Ən yaxşısı üçün çalışacağıq.

– Driblinqləri sevən futbolçusan və bu, səndə uğurlu alınır. “Sevilya”nın müdafiəçilərinə qarşı bunu tətbiq edəcəksən?
– Mən bilmirəm, dostum. Ən yaxşı oyunlardan birini keçirməyə çalışacam.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43