“Mançester Siti”nin hücumçusu Riyad Mahrez karyerasını “Əl Əhli”də davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu 32 yaşlı əlcəzairli futbolçuya komandaya qoşulacağı təqdirdə ildə 46 milyon avro təklif etməyə hazırdı.
Mahrez 2022/23 mövsümündə “şəhərlilər”in heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 15 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun komandası ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.