06 Oktyabr 2024
Dünya futbolu

Ərəblər Ramos və Di Mariyaya da təklif hazırlayır – Messi üçün

Səudiyyə Ərəbistanı futbolunun liderləri Lionel Messini yerli çempionata getməyə razı salmaq niyyətindədir.

İdmanxeber.az-ın “L’Equipe”ə istinadən məlumatına görə, “Əl Hilal” rəhbərliyi Messinin komanda yoldaşlarını da ölkəyə dəvət etmək variantını nəzərdən keçirir. Bununla bağlı Leandro Paredes, Di Mariya və Serxio Ramosun adları çəkilir.

Səudiyyəlilərin məqsədi bütün oyunçuların bir klubda oynaması deyil, onların Ər-Riyadda yerləşən komandalarda (“Əl Nəsr”, “Əl Hilal”, “Əl Şəbab”) çıxış etməsidir.

Leoya illik 500-600 milyon avro olan müqavilə təklif olunub. Sözləşmənin 2+1 sxemi üzrə bağlanması planlaşdırılır.

Hələlik futbolçu “Barselona”dan mümkün təklif ehtimalı olduğu üçün bu təklifi qəbul etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43