Kateqoriyasız

Ərdoğan Bakıya gəlir – İlham Əliyevlə oyuna baxacaq

Türkiyə millisinin Avro-2020-də Uelslə Bakıdakı matçını izləyənlər arasında Rəcəb Tayyib Ərdoğan da olacaq.

Bu barədə Türkiyə prezidenti özü Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında bildirib. O, görüşü Azərbaycanın dövlət başçısı İlham Əliyevlə birgə izləmək üçün Bakıya gələcəyini deyib:

“”Azərbaycanda keçiriləcək ikinci oyunu qardaşım İlham Əliyev ilə birlikdə izləməyə gedəcəyəm”.

Qeyd edək ki, Türkiyə – Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43